Prezident sahibkarları vaqon və konteyner istehsalına sərmayə yatırmağa çağırıb

Sənaye
  • 09 iyul, 2018
  • 21:53
Prezident sahibkarları vaqon və konteyner istehsalına sərmayə yatırmağa çağırıb

Bakı. 10 iyul. REPORT.AZ/ Azərbaycan Prezidenti yerli sahibkarları vaqon və konteyner istehsalına sərmayə yatırmağa çağırıb.

“Report” xəbər verir ki, dövlət başçısı bunu Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib.

"Şəhərətrafı dəmir yolunun tikintisi layihəsi uğurla icra edilir. Nəzərə alsaq ki, gələcəkdə Azərbaycan ərazisindən yükdaşımaların həcmi artacaq, hesab edirəm, Azərbaycanda vaqonlar və konteynerlər istehsalı öz həllini tapmalıdır. Mən sahibkarlara müraciət edirəm ki, bu sahəyə diqqət göstərsinlər. Çünki bu, çox gəlirli sahə olacaqdır. Bunun əsas bazarı Azərbaycan olacaq. Çünki konteyner daşımaları dəfələrlə artacaq. Bizdə isə konteyner çatmır. Yükləri öz təşəbbüsümüzlə gətirmək üçün biz gərək konteyner parkına malik olaq. Ona görə, konteynerlərin istehsalı həm sahibkarlar üçün, həm dövlətimiz üçün çox vacib məsələdir. Hesab edirəm ki, sahibkarlar buna ciddi fikir verəcəklər".