“Petkim” Egey bölgəsinin ən böyük ixracatçısı olub
Sənaye
- 11 yanvar, 2018
- 10:18
Bakı. 11 yanvar. REPORT.AZ/ Əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan “Petkim Holding” Egey bölgəsində “Ən çox ixrac edən şirkət” və “Kimya sektorunun ən çox ixrac həyata keçirən şirkəti” mükafatlarını alıb.
“Report” “Petkim”ə istinadən xəbər verir ki, “İxracatın ulduzları-2017” mükafatlandırma mərasimində Türkiyənin iqtisadiyyat naziri Nihad Zeybekçi “Petkim”in mükafatlarını baş direktor Anar Məmmədova təqdim edib.
Ötən il “Petkim”in ixracı 671 mln. ABŞ dolları təşkil edib.
Mərasimdə çıxış edən A.Məmmədov bildirib ki, 2017-ci ildə “Petkim” üçün rekord göstəricilər qeydə alınıb. Onun sözlərinə görə, ötən il “Petkim” 69 ölkəyə məhsul ixrac edib.
Son xəbərlər
05:12
"Reuters": ABŞ Braziliyanın Vaşinqtondakı səfirinin vizasını ləğv edib
Digər ölkələr04:39
Braziliya Argentina ilə diplomatik münasibətlərin səviyyəsini aşağı salıb
Digər ölkələr04:07
CENTCOM: ABŞ mindən çox gəminin Hörmüz boğazından keçməsinə kömək edib
Digər ölkələr03:54
CNN: Kaliforniyada Trampın qolf klubunun yaxınlığında silahlı şəxs saxlanılıb
Digər ölkələr03:35
Mask "SpaceX"in orbitə ildə 10 milyon tona qədər yük çıxarmağı planlaşdırdığını açıqlayıb
Digər ölkələr03:03
CNN: Pentaqonun əsas döyüş sursatı ehtiyatları təhlükəli dərəcədə azalıb
Digər ölkələr02:44
Rusiya Kiyevə zərbələr endirməyə başlayıb
Digər ölkələr02:14
"SpaceX" IPO-dan sonra 541 milyon dollar rüblük zərər açıqlayıb
Digər ölkələr01:42