Nazir müavini: "Azərbaycan inflyasiyanın səviyyəsinə görə 1-ci olub"

Sənaye
  • 05 may, 2015
  • 05:51
Nazir müavini: Azərbaycan inflyasiyanın səviyyəsinə görə 1-ci olub

Bakı. 5 may. REPORT.AZ/ Dünya İqtisadi Formunun açıqladığı rəqabətlilik əmsalına görə dünya ölkələri arasında Azərbaycan 39, sabitliyə görə 8, inflyasiyanın səviyyəsinə görə 1-ci olub. "Report" xəbər verir ki, bunu Bakıda Mərkəzi Asiya, Cənubi Qafqaz və Regional əməkdaşlıq və inteqrasiyanın gələcəyi mövzusunda keçirilən konfransda çıxış edən Azərbaycanın iqtisadiyyat və sənaye nazirinin müavini Sahil Babayev deyib.

S.Babayev Azərbaycanın regionun ən böyük limanının tikdiyini də bildirib: "Biz regionun ən böyük limanını tikirik. Hansı ki, onun həcmi 10 mln. tondan çox olacaq. Son illər Azərnaycan iqtisadiyyatı 3 dəfə, dövlət büdcəsi 5 dəfə, xarici ticarət isə 6,6 dəfə artıb".

44 - Tezliklə