Naxçıvanda minik avtomobili istehsalı 4 dəfədən çox artıb

Sənaye
  • 18 avqust, 2026
  • 10:51
Naxçıvanda minik avtomobili istehsalı 4 dəfədən çox artıb

Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında (MR) 50 ədəd minik avtomobili istehsal olunub.

Bu barədə "Report"un yerli bürosuna Naxçıvanın Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,2 dəfə çoxdur. Həmin dövrdə muxtar respublikada 12 ədəd minik avtomobili istehsal edilib.