Hacıqabul Sənaye Parkında yeni rezident qeydə alınıb
Sənaye
- 14 mart, 2025
- 17:24
“Bərəkət-İ” MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Hacıqabul Sənaye Parkının rezidenti statusu verilib.
"Report" agentliyə istinadən xəbər verir ki, şirkət Parkda tikinti və avtomobil sənayesində istifadə ediləcək izolyasiya məhsullarının istehsalını həyata keçiləcək.
Cənubi Koreyanın qabaqcıl texnologiyalarından istifadə ediləcək müəssisədə il ərzində 4,1 milyon m² izolyasiya məhsulu istehsal olunacaq.
İnvestisiya dəyəri 3,5 milyon manatdan çox olan layihə çərçivəsində 13 nəfərin işlə təmin edilməsi nəzərdə tutulur.
2026-cı ildə fəaliyyətə başlayacaq müəssisədə istehsal olunacaq məhsulların daxili bazarda satışı ilə yanaşı, ixracı da planlaşdırılır.
Son xəbərlər
09:03
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (28.08.2026)
Maliyyə09:02
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.08.2026)
Maliyyə08:46
Nepalda daşqın nəticəsində ölənlərin sayı 469 nəfərə çatıb
Digər ölkələr08:19
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
İnfrastruktur08:11
Foto
Video
Sumqayıtda BMW üç avtomobilə çırpılaraq aşıb, xəsarət alanlar var
Hadisə07:48
"Barselona" "Atletiko"nun Alvareslə bağlı sərt açıqlamalarına cavab verib
Futbol07:22
ABŞ ilk dəfə narkotik kartelinin dronlarına qarşı lazer sistemindən istifadə edib
Digər ölkələr06:51
Uolts ticarət danışıqları zamanı ABŞ-nin Kanadaya qarşı tələblərini açıqlayıb
Digər ölkələr06:12