Bakıda yerinə yetirilmiş inşaat işlərinin göstəriciləri açıqlanıb
- 09 iyun, 2025
- 11:25
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-aprel aylarında Bakı şəhərində yerinə yetirilmiş ümumi inşaat işlərinin 92,1 %-ini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.
Bu barədə “Report”a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, ötən 4 ay ərzində paytaxtın tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 86,7 %-ini tikinti, yenidənqurma və genişləndirmə, 6,1 %-ini əsaslı təmir, 3,7 %-ini cari təmir, 3,5 %-ini isə sair tikinti işləri təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycanda tikinti müəssisələri tərəfindən (fərdi sahibkarlar nəzərə alınmaqla) yerinə yetirilmiş inşaat işlərinin 83 %-ini inşa, yenidənqurma və bərpa, 7,2 %-ini əsaslı təmir, 5,4 %-ini cari təmir, 4,4 %-ini isə sair tikinti işləri təşkil edib. Ümumi inşaat işlərinin 89,9 %-ini qeyri-dövlət mülkiyyətində olan tikinti müəssisələri yerinə yetiriblər.