"Azərpambıq Aqrar Sənaye Kompleksi"nin nizamnamə kapitalı cüzi artırılıb
- 08 fevral, 2022
- 06:00
Yeniliklərdən dərhal xəbərdar olun!
"Azərbaycan Sənaye Korposiyası" ASC-yə (ASK) məxsus "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC-nin nizamnamə kapitalı 697 956 manat və yaxud 0,5 % artırılıb.
“Report” xəbər verir ki, şirkətin kapitalı 132 475 688,36 manatdan 133 173 644,45 manata çatdırılıb.
Xatırladaq ki, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC 2018-ci ildə yaradılıb. Cəmiyyət pambıq istehsalı, tədarükü, emalı və emaldan alınan məhsulların (pambıq mahlıcı, texniki çiyid, pambıq yağı, köməkçi məhsullar, çiyid cecəsi və s.) satışı ilə məşğul olur. Cəmiyyətin tərkibində 6 pambıq emalı zavodu (Şirvan, Saatlı, Ağcabədi, Beyləqan, Bərdə, Biləsuvar), 7 pambıq istehsalı və tədarükü məntəqəsi (Sabirabad, İmişli, Salyan, Ağdam, Tərtər, Goranboy, Ucar), Biləsuvar rayonunda yerləşən Təcrübə-Sınaq Təsərrüfatı fəaliyyət göstərir. Şirvan Pambıq Emalı Zavodunda texniki çiyiddən yağ emal edən sex mövcuddur.