"AzerGold" və törəmə şirkətlərinin kollektivi Heydər Əliyevin məzarını ziyarət edib

Sənaye
  • 10 may, 2023
  • 13:13
AzerGold və törəmə şirkətlərinin kollektivi Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycan xalqının Ümummilli Lideri, böyük tarixi şəxsiyyət, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar bu gün “AzerGold” QSC, eləcə də onun törəmə şirkətləri - “Daşkəsən Dəmir Filiz” və “AzerBlast” MMC-lərin rəhbərliyi və kollektivi Fəxri xiyabanı ziyarət ediblər.

Ziyarət iştirakçıları Ulu Öndərin məzarı önünə əklil və gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.