"AzerGold"un ölkə iqtisadiyyatına cəlb etdiyi vəsait 2 milyard manatı keçib

Sənaye
  • 24 sentyabr, 2026
  • 16:35
AzerGoldun ölkə iqtisadiyyatına cəlb etdiyi vəsait 2 milyard manatı keçib

"AzerGold" QSC-nin indiyə qədər həyata keçirdiyi fəaliyyət nəticəsində bu ilin avqust ayına qədər ölkə iqtisadiyyatına 2,3 milyard manat gəlir, dövlət büdcəsinə isə 267,2 milyon manat vergi ödənişi təmin edilib.

"Report" xəbər verir ki, bunu səhmdar cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimov bu gün keçirilən mətbuat konfransında bildirib.

"Bu göstəricilər ölkənin qeyri-neft sənayesinin inkişafına, ixrac potensialının artırılmasına və dövlət gəlirlərinin formalaşmasına verilən töhfəni əks etdirir. Bu dövr ərzində şirkət ümumilikdə 618 milyon manat mənfəət əldə edib. 2025-ci ilin maliyyə nəticələrinə əsasən, əldə olunmuş mənfəətin təxminən 42 milyon manatının dividend şəklində dövlət büdcəsinə yönəldilməsi nəzərdə tutulur", - deyə o qeyd edib.

44 - Tezliklə