"AzerGold"un ixrac gəlirləri 22 % artıb

Sənaye
  • 29 sentyabr, 2026
  • 12:53
AzerGoldun ixrac gəlirləri 22 % artıb

Bu ilin yanvar-avqust aylarında "AzerGold" QSC 180,6 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

"Report" bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın sentyabr buraxılışına istinadən xəbər verir.

Bu, 2025-ci ilin 8 ayı ilə müqayisədə 32,6 milyon ABŞ dolları və ya 22,03 % çoxdur.

Qeyd edək ki, 8 ay ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 17,6 % artaraq 2,8 milyard ABŞ dolları təşkil edib.