Azərbaycanın qızıl ixracından gəlirləri apreldə 12 % artıb
Sənaye
- 31 may, 2023
- 13:54
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-aprel aylarında Azərbaycan 44,6 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib.
“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın may sayında bildirilir.
Sənədə əsasən, bu, 2022-ci ilin 4 ayı ilə müqayisədə 3,2 milyon ABŞ dolları və ya 6,7 % azdır.
Bu ilin aprel ayında Azərbaycan 18,9 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib. Bu, 2022-ci ilin eyni ayı ilə müqayisədə 2 milyon ABŞ dolları və ya 11,8 % çoxdur.
Qeyd edək ki, 2023-cü ilin yanvar-aprel aylarında Azərbaycanın ümumi ixracı 12,6 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac 1,2 milyard ABŞ dolları təşkil edib.
Son xəbərlər
09:31
"Gəncə Şərab-1" getdikcə artan vergi və sosial sığorta borclarını ödəmək üçün çıxış yolları axtarır
Biznes
09:24
Azərbaycan neftinin qiyməti 100 dollardan aşağı düşüb
Energetika
09:19
UEFA Millətlər Liqası: Qrup mərhələsinə bu gün yekun vurulur
Futbol
09:18
Astarada avtomobil piyadanı vuraraq öldürüb
Hadisə
09:15
Siyəzəndə avtomobil "KamAZ"la toqquşub, bir nəfər ölüb
Hadisə
09:10
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (17.11.2026)
Maliyyə
09:10
"Legion Financial"ın səhmdarlarının yığıncağı keçiriləcək
Maliyyə
09:05
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (17.11.2026)
Maliyyə
09:01
Azərbaycanın qadın basketbol millisi bu gün İslandiya ilə üz-üzə gələcək
Komanda