Azərbaycanın polipropilen ixracından gəlirləri azalıb
- 31 oktyabr, 2022
- 10:37
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin sentybar ayında Azərbaycan 8,1 milyon ABŞ dolları dəyərində ilkin formalı polipropilen ixrac edib.
“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın oktyabr sayında bildirilir.
Sənədə əsasən, bu, 2021-ci ilin sentyabr ayı ilə müqayisədə 2,9 milyon ABŞ dolalrı və ya 26,4 % azdır.
2022-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan 72,4 milyon ABŞ dolları dəyərində ilkin formalı polipropilen ixrac edib ki, bu da 2021-ci ilin 9 aylıq göstərəciləri ilə müqayisədə 14,5 milyon ABŞ dolları və ya 16,7 % azdır.
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın ümumi ixracı 29,5 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac 2,1 milyard ABŞ dolları təşkil edib.
Polipropilen "SOCAR Polymer" MMC-nin illik istehsal gücü 184 min ton olan Polipropilen Zavodunda istehsal edilir. Zavodun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin il oktyabrın 5-də polipropilenin ixracına başlanılıb.