Azərbaycanın neft-qaz avadanlıqları istehsalçısı ləğv olunur

Sənaye
  • 14 noyabr, 2023
  • 13:39
Azərbaycanın neft-qaz avadanlıqları istehsalçısı ləğv olunur

Dekabrın 30-da, saat 14:00-da "Azneftemas"ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, yığıncaq Mingəçevir şəhəri, Gəncə şosesi, 19 ünvanında olacaq.

Yığıncağın gündəliyinə şirkətin ləğv edilməsi və digər məsələlər daxildir.

Xatırladaq ki, "Azneftemas" 2003-cü ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 751 min manatdır. Şirkət neft və qaz sənayesində istifadə olunan avadanlıqlar: qazıcı qurğular, yüksək təzyiqli siyirtmələr, xüsusi təyinatlı texnikalar, və muxtəlif alətlər istehsal edir. Avadanlıqlar Azərbaycanın və MDB ölkələrinin neft və qaz sənayesində istifadə olunur.