Azərbaycandakı sənaye müəssisələrinin proqram vəsaitlərinin alınmasına çəkdiyi xərc 9 dəfə artıb
- 08 oktyabr, 2026
- 15:43
Yeniliklərdən dərhal xəbərdar olun!
Ötən il Azərbaycandakı sənaye müəssisələri texnoloji innovasiyalara 20 milyon 179,6 min manat xərcləyib.
"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin göstəricisindən 15 milyon 145,1 min manat və ya 4 dəfə çoxdur.
Hesabat dövründə mədənçıxarma sənayesində texnoloji innovasiyalara 12 milyon 72,9 min manat, emal sənayesində isə 8 milyon 106,7 manat (1 milyon 266 min manatı öz vəsaiti hesabına) xərclənib. Bu, əvvəlki ilin göstəriciləri ilə müqayisədə müvafiq olaraq 10,5 dəfə və 2,1 dəfə çoxdur.
Ümumi xərclərin 12 milyon 123,8 min (5,1 dəfə çox) manatı texnoloji innovasiyalar ilə əlaqədar maşın və avadanlığın, 4 milyon 343,3 min manatı (2,5 dəfə çox) yeni texnologiyaların, 2 milyon 36,8 min manatı (9,1 dəfə çox) proqram vəsaitlərinin alınması, 1 milyon 407,7 min manatı (4 dəfə çox) yeni məhsulların, xidmətlərin, yeni proseslərin tətbiqi və işlənməsi, 146 min manatı (44 % az) yeni məhsulların buraxılışı üçün istehsal layihələşdirilməsi, digər istehsala hazırlıq növləri və ya onların istehsalı üzrə yeni xidmətlərin və ya metodların tətbiqi, 57,9 min manatı (13,5 dəfə çox) yeni marketinq tədqiqatları, 57,4 min manatı (2,6 dəfə çox) innovasiya ilə əlaqədar işçilərin öyrədilməsi və hazırlığı, 6,7 min manatı (1,5 % çox) isə kənar təşkilatların xidmətlərinin ödənilməsi ilə bağlı olub.