Azərbaycanda yeni polad emalı zavodu tikiləcək
Sənaye
- 14 noyabr, 2014
- 06:55
Bakı. 14 noyabr. REPORT.AZ/ Yaxın gələcəkdə Azərbaycanın Gəncə şəhərində yeni polad emalı zavodu inşa olunacaq. "Report"un xəbər verdiyi kimi, bunu bu gün Bakıda təşkil olunan Yaponiya Malları Sərgisində iştirak edən Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi bildirib.
"Gəncədə polad istehsalı zavodu tikiləcək. Bu zavod, Yaponiyanın böyük şirkəti olan "Marubeni" şirkəti tərəfindən inşa olunacaq. Bu, yaxın gələcəyin ən böyük layihələrindən biri olacaq", - deyə T.Takahaşi vurğulayıb.
Səfir, həmçinin qeyd edib ki, hazırda Yaponiyadan Azərbaycana hər hansı rəsmi səfər gözlənilməsə də, bu kimi sərgilərdən sonra yaxın gələcəkdə böyük şirkətlərin nümayəndə heyətlərinin Bakıya səfərlərini gözləmək olar.
Son xəbərlər
04:21
ABŞ-nin Asiyadakı sonuncu təyyarədaşıyan gəmisi Yaxın Şərqə gedir
Digər ölkələr03:54
ABŞ-də fırtına daşqınlara və insan ölümlərinə səbəb olub
Digər ölkələr03:19
"Bloomberg": Yaxın Şərq ölkələri Hörmüz boğazından gizli neft ixrac edir
Digər ölkələr02:53
Çexiyada 39 meteostansiya temperatur rekordlarını qeydə alıb
Digər ölkələr02:11
Tramp Pentaqona Cənubi Koreya ilə hərbi təlimlərin miqyasını azaltmağı tapşırıb
Digər ölkələr01:37
Zimbabvedə bərə qəzası ilə bağlı təhqiqat başlayıb
Digər ölkələr01:08
Bu gün Tərtər, Ağdaş, Bərdə, Yevlaxın bir sıra ərazilərində işıq olmayacaq
Energetika00:46
Admiral Kuper "USS Abraham Lincoln" təyyarə gəmisi heyətinin yorğunluğunu etiraf edib
Digər ölkələr00:18