Azərbaycanda xarici qızıl hasilatçısı gələn il 2 yataqda hasilatı artıracaq

Sənaye
  • 23 fevral, 2023
  • 13:45
Azərbaycanda xarici qızıl hasilatçısı gələn il 2 yataqda hasilatı artıracaq

Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti 2024-cü ildən flotasiya zavodunda istehsal həcmlərinin və filiz verməyə hazır olan “Gilar” və “Zəfər” mədənlərindən hasilatın iki dəfə artırılması gözlənilir.

Bu barədə “Report” Britaniya şirkətinin hesabatına istinadən xəbər verir.

Bildirilib ki, bu, şirkətə 2024-cü ildə 2023-cü ildəki göstəricidən eyni və ya daha yüksək sürətlə mis istehsal etməyə imkan verəcək.

Şirkət həmçinin “Gilar” yatağından hasilatın bir ilinin tam olmasını gözləyərək 2024-cü ildə qızıl hasilatının artacağını proqnozlaşdırır. “Gilar”ın ehtiyatlarının çıxarılması və qiymətləndirilməsi 2023-cü il ərzində davam edəcək və əvvəllər elan olunmuş rəğəmlərin yenilənməsi gözlənilir.

Qeyd edək ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51 %, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49 % təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb. “Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində, yeni kəşf olunan "Uğur" yatağında da hasilatla məşğuldur.