Azərbaycanda sənaye istehsalı cüzi artıb

Sənaye
  • 12 may, 2026
  • 12:52
Azərbaycanda sənaye istehsalı cüzi artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycandakı sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 21 milyard 120,4 milyon manat dəyərində məhsul istehsal edib.

"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,3 % çoxdur.

Bununla belə, son 1 ildə qeyri-neft-qaz sənaye istehsalının dəyəri 7,2 % artaraq 7 milyard 92,2 milyon manat təşkil edib.

4 ay ərzində emal sənayesində daha çox artım avtomobil, qoşqu və yarımqoşquların istehsalı, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri, əczaçılıq məhsullarının istehsalı, toxuculuq sənayesi, elektrik avadanlıqlarının istehsalı, poliqrafiya məhsullarının istehsalı, tütün məmulatlarının istehsalı sahələrində olub.