Azərbaycanda karbamid istehsalı 61 %-dən çox artıb
Sənaye
- 15 oktyabr, 2024
- 14:33
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 472,8 min ton həcmində karbamid istehsal olunub.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 61,3 % çoxdur.
Oktyabrın 1-nə 54,1 min ton hazır məhsul qalığı yaranıb.
Xatırladaq ki, karbamid (azot gübrəsi) Sumqayıt Kimya Sənaye Parkının ərazisindəki “SOCAR Karbamid” zavodunda istehsal edilir. Zavod 2019-cu il yanvarın 16-da istifadəyə verilib, il ərzində 435 milyon kubmetr təbii qazdan xammal kimi istifadə etməklə 650-660 min ton karbamid istehsal etmək gücündədir. İstehsal həcminin 70 %-i ixrac üçün nəzərdə tutulub.
Son xəbərlər
00:10
Zelenski: Ukrayna ABŞ-nin vəd etdiyi 16 milyard dollarlıq yardımı almayıb
Digər ölkələr
00:04
ABŞ Kubaya qarşı sanksiyaları genişləndirib
Digər ölkələr
00:00
Gimnastlarımız Dünya çempionatında mübarizəni davam etdirirlər
Fərdi
23:52
Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib
Hadisə
23:38
Fransada etirazlar zamanı 448 nəfər saxlanılıb - Yenilənib-2
Region
23:33
SEPAH: Qeşm adasında ABŞ PUA-sı ələ keçirilib
Region
23:21
Pakistanda avtobusla yük maşını toqquşub, azı 11 nəfər ölüb
Digər ölkələr
23:17
Pərviz Şahbazov: Azərbaycanla Ukraynanın siyasi münasibətləri iqtisadi əməkdaşlıq üçün möhkəm zəmin yaradır
Xarici siyasət
23:17
Nazir: Azərbaycandan Ukrayna vasitəsilə Avropaya gedəcək logistika yollarını hazırlamaq lazımdır
Xarici siyasət