Azərbaycan nüvə reaktorları ixracından qazancını 4 dəfə artırıb

Sənaye
  • 26 fevral, 2022
  • 09:54
Azərbaycan nüvə reaktorları ixracından qazancını 4 dəfə artırıb

Bu ilin yanvar ayında Azərbaycan 122,164 milyon ABŞ dolları dəyərində nüvə reaktorları, qazanlar, avadanlıq və mexaniki qurğuları, onların hissələrini idxal edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 32,759 milon ABŞ dolları (21,1 %) azdır.

Yanvar ayı ərzində Azərbaycanın nüvə reaktorları, qazanlar, avadanlıq və mexaniki qurğuların, onların hissələrinin ixracının dəyəri isə 5,966 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 4,477 milyon ABŞ dolları (4 dəfə) çoxdur.

Hesabat dövründə nüvə reaktorları, qazanlar, avadanlıq və mexaniki qurğular, onların hissələri üzrə idxal Azərbaycanın ümumi idxalının 12,53 %-ni, ixrac isə ümumi ixracın 19 %-ni təşkil edib.