Azərbaycan nəqliyyat vasitələri hissələrinin idxalına çəkdiyi xərci 18 %-ə yaxın azaldıb

Sənaye
  • 19 avqust, 2024
  • 09:46
Azərbaycan nəqliyyat vasitələri hissələrinin idxalına çəkdiyi xərci 18 %-ə yaxın azaldıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 1 milyard 256 milyon 917,20 min ABŞ dolları dəyərində nəqliyyat vasitələri və onların hissələrini idxal edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin 7 ayı ilə müqayisədə 218 milyon 389,24 min ABŞ dolları və ya 14,8 % azdır.

Ötən 7 ay ərzində nəqliyyat vasitələri və onların hissələrinin idxalı Azərbaycanın ümumi idxalının 11,65 %-ni təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrlə 26 milyard 892,121 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 16 milyard 99 milyon ABŞ dolları ixracın, 10 milyard 793 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 22,5 % azalıb, idxal isə 12,9 % artıb.