Azərbaycan metanol istehsalını 11 %-ə yaxın artırıb
- 15 oktyabr, 2024
- 11:27
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 387,7 min ton həcmində metanol (metil spirit) istehsal olunub.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2023-cü ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 10,7 % çoxdur.
Bu il oktyabrın 1-nə 12,5 min ton hazır məhsul qalığı yaranıb.
Qeyd edək ki, Metanol Bakının Qaradağ rayonundakı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Metanol Zavodunda istehsal edilir. 2013-cü ildə istismara verilmiş zavod 2016-cı ildənn SOCAR-ın törəmə müəssisəsi - “SOCAR Metanol” MMC-nin idarəçiliyi altında fəaliyyət göstərir, 2017-ci ilin avqust ayından isə şirkətin mülkiyyətinə keçib. Müəssisə illik 650-700 min ton metanol istehsal etmək gücünə malikdir. İstehsalatda xammal olaraq təbii qaz və duzlaşdırılmış su istifadə olunur.