Azərbaycan kimya sənayesi məhsullarının ixracından qazancını açıqlayıb

Sənaye
  • 02 sentyabr, 2023
  • 09:24
Azərbaycan kimya sənayesi məhsullarının ixracından qazancını açıqlayıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrə 132 milyon 83 min ABŞ dolları dəyərində 428 min 919 ton kimya sənayesi məhsulları ixrac edib.

"Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 95,06 milyon ABŞ dolları (1,7 раза), həcm baxımından isə 85,55 min ton (16,6 %) azdır.

Hesabat dövründə kimya sənayesi məhsullarının ixracından əldə olunan gəlirin ümumi ixrac gəlirlərində payı 0,63 %, qeyri-neft sektoru üzrə ixrac gəlirlərində payı isə 6,6 % təşkil edib.

7 ayda Azərbaycanın ümumi ixracı 20,8 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 17,8 % artaraq 2 milyard ABŞ dolları təşkil edib.