Azərbaycan kimya sənayesi məhsullarının ixracından gəlirini 77 % artırıb

Sənaye
  • 17 dekabr, 2022
  • 13:02
Azərbaycan kimya sənayesi məhsullarının ixracından gəlirini 77 % artırıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 849,2 min ton kimya sənayesi məhsulu ixrac edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə malın dəyəri 360,5 milyon ABŞ dolları təşkil edib.

Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 28,6 % və 77,3 % çoxdur.

O cümlədən, hesabat dövründə 120,7 milyon ABŞ dolları dəyərində 448,2 min ton metanol, 198,6 milyon ABŞ dolları dəyərində 335,4 min ton azot gübrəsi ixrac edilib.

44 - Tezliklə