Azərbaycan daha bir Latın Amerika ölkəsinə polietilen tədarük etməyə başlayıb

Sənaye
  • 28 mart, 2022
  • 08:18
Azərbaycan daha bir Latın Amerika ölkəsinə polietilen tədarük etməyə başlayıb

Bu ilin yanvarında Azərbaycan xaricə 21,95 milyon ABŞ dolları dəyərində 15 min 427 ton polietilen (xüsusi kütləsi 0,94-dən az/0,94 və ya daha çox olan ilkin formalı) satıb.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə ixrac dəyər ifadəsində 2,7 dəfə, kəmiyyət olaraq – 90 % artıb.

Azərbaycandan Rusiyaya 10,45 milyon ABŞ dolları dəyərində 6 min 491,5 ton, Çinə 6,5 milyon ABŞ dolları dəyərində 5 min 242,5 ton, Türkiyəyə 3,16 milyon ABŞ dolları dəyərində 2 min 434,5 ton, Litvaya 809,62 min ABŞ dolları dəyərində 525 ton, Ukraynaya 452,7 min ABŞ dolları dəyərində 315 ton məhsul göndərilib.

2021-ci ilin ilk ayının göstəriciləri ilə müqayisədə Rusiyaya ixrac müvafiq olaraq 8 dəfə və 4 dəfə artıb, Çinə - 2,5 dəfə və 2,1 dəfə artıb, Türkiyəyə - 13,7 % və 29,2 % azalıb, Litvaya – 4,9 dəfə və 3,1 dəfə artıb, Ukraynaya – 72 % və 25 % artıb. Bu il ilk dəfə olaraq Peru Azərbaycandan polietilen tədarük edib. Bu ölkəyə 358,81 min ABŞ dolları dəyərində 270 ton məhsul satılıb. Ötən il Azərbaycandan digər Latın Amerika ölkəsi olan Meksikaya 351 min ABŞ dolları dəyərində 292,5 ton polietilen göndərilib.

Hesabat dövründə ölkəmizə 4,6 milyon ABŞ dolları dəyərində 3 min 213,64 ton polietilen (xüsusi kütləsi 0,94-dən az/0,94 və ya daha çox olan ilkin formalı) gətirilib ki, bu da ötənilki yanvarla müqayisədə dəyər ifadəsində - 41,7 %, kəmiyyət olaraq – 1,3 % çoxdur.

Azərbaycan İrandan 3,17 milyon ABŞ dolları dəyərində 2 min 403,41 ton, Səudiyyə Ərəbistanından – 483,83 min ABŞ dolları dəyərində 399 ton, Koreyadan – 295,57 min ABŞ dolları dəyərində 102,98 ton, Amerika Birləşmiş Ştatlarından – 177,23 min ABŞ dolları dəyərində 82,5 ton, Qətərdən – 166,56 min ABŞ dolları dəyərində 96 ton məhsul alıb.

Ötən ilin analoji dövrünün göstəriciləri ilə müqayisədə İrandan idxal müvafiq olaraq 18,3 % artıb və 11,4 % azalıb, Səudiyyə Ərəbistanından – 32,3 % və 11,8 % artıb, Koreyadan – 11,3 dəfə və 7,8 dəfə artıb. 2021-ci ilin yanvarında Amerika Birləşmiş Ştatlarından və Qətərdən tədarük olmayıb.

44 - Tezliklə