Azərbaycan avtomobillərin ehtiyat hissələrinin idxal xərcini 11% azaldıb

Sənaye
  • 18 oktyabr, 2021
  • 10:48
Azərbaycan avtomobillərin ehtiyat hissələrinin idxal xərcini 11% azaldıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 972 milyon ABŞ dolları dəyərində nəqliyyat vasitələri və onların hissələrini idxal edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,9 % azdır.

Hesabat dövründə avtomobillər və onların ehtiyat hissələrinin idxalına çəkilən xərclər Azərbaycanın ümumi idxal xərclərinin 11,65 %-ni təşkil edib.