Azərbaycan Almaniya, Rusiya və Türkiyəyə avtomobil ixracını bərpa edib

Sənaye
  • 30 noyabr, 2021
  • 10:53
Azərbaycan Almaniya, Rusiya və Türkiyəyə avtomobil ixracını bərpa edib

Bu ilin ilk 9 ayı ərzində Azərbaycan xaricə 35 ədəd minik avtomobili tədarük edib.

"Report" xəbər verir ki, hesabat dövründə 491,16 min ABŞ dolları dəyərində 15 ədəd mühərrikinin həcmi 1 500-3 000 kubsantimetr olan, qığılcımla alışan daxili yanma mühərrikli (DYM) avtomobil ixrac edilib. Bu, ötən ilin analoji dövrünün göstəricilərindən dəyər ifadəsində 33,05 %, kəmiyyət olaraq – 36,36 % çoxdur.

Bu kateqoriyadan olan avtomobillər bütövlükdə 5 ölkəyə ixrac olunub. Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) 253,55 min ABŞ dolları dəyərində 7 ədəd, Rusiyaya 119 min ABŞ dolları dəyərində 3 ədəd, Türkiyəyə 78 min ABŞ dolları dəyərində 2 ədəd, Qətərə 25,61 min ABŞ dolları dəyərində 2 ədəd, Ukraynaya 15 min ABŞ dolları dəyərində 1 ədəd minik avtomobili tədarük olunub. BƏƏ-yə ixrac ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 8,54 % və 16,67 % artıb, Ukraynaya - dəyər ifadəsində 50 % artıb, kəmiyyət olaraq sabit qalıb. Digər 3 ölkəyə ötən il ixrac həyata keçirilməyib. Eyni zamanda birillik fasilədən sonra Türkiyəyə tədarük bərpa olunub.

2021-ci ilin yanvar-sentyabr aylarında 2,202 milyon ABŞ dolları dəyərində 20 ədəd mühərrikinin həcmi 3 000 kubsantimetrdən çox olan, qığılcımla alışan DYM-li minik avtomobili ixrac edilib ki, bu da 2020-ci ilin analoji dövrünün göstəricilərindən müvafiq olaraq 11,3 dəfə və 10 dəfə çoxdur. Avtomobillərin 901,53 min ABŞ dolları dəyərində 6 ədədi Almaniyaya, 825,3 min ABŞ dolları dəyərində 5 ədədi BƏƏ-yə, 440,68 min ABŞ dolları dəyərində 6 ədədi Qətərə, 28 min ABŞ dolları dəyərində 2 ədədi Rusiyaya və 6 min ABŞ dolları dəyərində 1 ədədi Türkiyəyə tədarük olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə BƏƏ-yə ixrac dəyər ifadəsində 5,5 dəfə, kəmiyyət olaraq – 5 dəfə artıb. 2020-ci ilin ilk 9 ayında digər ölkərə ixrac olmayıb. Ötən ilin eyni dövrü ilə müqayisədə BƏƏ-yə ixrac dəyər ifadəsində 5,5 dəfə, kəmiyyət olaraq – 5 dəfə artıb.

2020-ci ilin ilk 9 ayında digər ölkərə ixrac olmayıb. Birillik aradan sonra Almaniya və Rusiyaya, ikiillik fasilənin ardından isə Türkiyəyə tədarük bərpa olunub. 2011-ci ildən (Qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) bu yana Qətərə minik avtomobilləri ixrac olunmayıb.