"Yeni klinika"da müalicə alan xəstələrin sayı açıqlandı

Sağlamlıq
  • 24 aprel, 2020
  • 15:10
Yeni klinikada müalicə alan xəstələrin sayı açıqlandı

"Koronavirusa yoluxan 130-a yaxın xəstə "Yeni klinika"da müalicə alır".

"Report" xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O bildirib ki, klinikada 6 xəstə reanimasiya şöbəsinə yerləşdirilib, 8 ağır xəstə isə süni nəfəs aparatına qoşulub.