Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün xidmətlər zərfinə 221 tibbi xidmət daxil edilib

Sağlamlıq
  • 23 dekabr, 2022
  • 08:02
Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün xidmətlər zərfinə 221 tibbi xidmət daxil edilib

"Xüsusi qayğıya ehtiyacı olan vaxtından əvvəl doğulmuş uşaqların sağlamlıqlarının qorunmasını təmin etmək məqsədilə Xidmətlər Zərfinə 221 sayda tibbi xidmət daxil edilib".

"Report" xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktorunun müavini Araz Nəsirov Azərbaycan Pediatriya Cəmiyyətinin l milli konqresində deyib.

Direktor müavini bildirib ki, növbəti illərdə xidmətlərin sayının daha da artırılması nəzərdə tutulur: "Vaxtından əvvəl doğulmuş uşaqların inkişafında mühüm rol oynayan 15 adda dərman preparatı, həmçinin, müəssisələrimiz körpələrin müayinə və müalicəsində istifadə olunan 63 adda tibbi ləvazimatlarla təchiz olunur".

44 filmi