Vüqar Qurbanov: "Ölkə üzrə toksikoloji və allerqoloji xidmətin təkmilləşdirilməsi ilə bağlı fəaliyyət planı hazırlanıb"

Sağlamlıq
  • 17 iyul, 2023
  • 10:54
Vüqar Qurbanov: Ölkə üzrə toksikoloji və allerqoloji xidmətin təkmilləşdirilməsi ilə bağlı fəaliyyət planı hazırlanıb

Ölkə üzrə toksikoloji və allerqoloji xidmətin təkmilləşdirilməsi ilə bağlı fəaliyyət planı hazırlanıb.

"Report" xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov deyib.

Onun sözlərinə görə, Bakı şəhəri və 8 bölgədə bu sahədə çalışan həkim-mütəxəssislərin təlimləndirilməsi icra edilib, silsilə tədbirlər həyata keçirilib.

TƏBİB sədri onu da qeyd edib ki, Tibbi Şuralar haqqında əsasnamə hazırlanıb və bütün tibb müəssisələrində Tibbi Şuralar yaradılıb.