Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan Respublika əczaçılarının 4-cü konfransı keçirilib

Sağlamlıq
  • 05 oktyabr, 2023
  • 13:18
Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan Respublika əczaçılarının 4-cü konfransı keçirilib

Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan Beynəlxalq Əczaçı Günü və Respublika əczaçılarının 4-cü konfransı keçirilib.

"Report" xəbər verir ki, tədbirdə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və digər aidiyyəti dövlət qurumlarının rəsmiləri, dərman istehsalçıları və yerli topdansatış müəssisələrinin nümayəndələri iştirak ediblər.

Açılış nitqi ilə qonaqları salamlayan "Əczaçılar Klubu" İctimai Birliyinin sədri Şövqi Bunyatov tədbirin iki hissədən ibarət olaraq panel iclaslarla davam edəcəyini onların nəzərinə çatdırıb.

Konfransda səhiyyə nazirinin müavini Rasim İsmayılov, KOBİA sadri Orxan Məmmədov, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudov çıxış ediblər.

Konfrans panel iclaslarla işinə davam etdirib. Panellərdə "Elektron resept", "Qiymət siyasəti", "Yerli dərman istehsalı biznesinin inkişafı müzakirə olunub.

Müzakirə və təkliflərlə davam edən konfrans işini yekunlaşdırıb.