Burun əməliyyatından sonra qızın komaya düşməsinə görə klinika barədə protokol hazırlanıb
Sağlamlıq
- 24 noyabr, 2025
- 16:16
Uğursuz rinoplastika əməliyyatı səbəbi ilə Səhiyyə Nazirliyinə "MedAura" klinikası ilə bağlı protokol göndərilib.
Bu barədə "Report"un sorğusuna cavab olaraq nazirliyin Analitik Ekspertiza Mərkəzindən (AEM) məlumat verilib.
Bildirilib ki, noyabrın 7,12 və 13-də klinikada plandankənar (növbədənkənar) yoxlamalar keçirilib:
"Yoxlama nəticəsində aşkar edilmiş nöqsanlar üzrə tədbirlər görülüb və inzibati xəta məsuliyyəti yaradan pozuntularla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə protokol tərtib edilərək aidiyyəti üzrə növbəti icraata göndərilib".
Qeyd edək ki, Bakıda "MedAura" klinikasında gənc qız burun əməliyyatından sonra komaya düşüb. Bu barədə qızın bacısı İlhamə Budaqlı sosial media hesablarında paylaşım edib.
Son xəbərlər
17:57
ADY və İran Dəmir Yolları əməkdaşlığın gücləndirilməsini müzakirə edib
İnfrastruktur17:55
ICGB investisiya qərarının qəbulunun sürətləndirilməsi üçün ABŞ fondlarının dəstəyinə ümid edir
Energetika17:55
İtaliyalı mütəxəssis: "Qarabağ"ın pley-offa düşmək üçün yaxşı imkanları var"
Futbol17:53
Azərbaycan iqlim risklərinin qiymətləndirilməsi üçün Yol Xəritəsi hazırlayıb
Maliyyə17:50
Ceyhun Bayramov Vatikan və İtaliyaya yola düşüb
Xarici siyasət17:49
Azərbaycan dayanıqlı maliyyə ekosistemi yaratmaq üçün genişmiqyaslı islahatlar aparır
Maliyyə17:48
Azərbaycan millisinin yeni baş məşqçisi: "Gənc voleybolçularda yaxşı potensial var"
Komanda17:48
Ermənistanda irimiqyaslı yanğın Tavuş vilayətinin sərhədinə yaxınlaşıb
Region17:46