Travmanın müalicəsində müasir yanaşmalar
- 08 oktyabr, 2025
- 12:13

Travma tibbi yardım sistemi – travmatik yaralanma alan şəxslərə zərər görən kimi və tibb müəssisəsinə çatdırılanadək (prehospital) başlayan, hospital mərhələdə davam edən, reabilitasiya və uzunmüddətli izləmə ilə öyrənilən və inkişaf edən bir sistemdir.
Travma sistemləri ictimai səhiyyənin ən kritik sahələrindən biridir. Sistemin effektivliyi yalnız zədələrin müalicəsi deyil, həm də onların qarşısının alınması və uzunmüddətli bərpa prosesinin təmin olunması ilə fərqlənir.
Zaman keçdikcə travmatologiya sahəsindəki biliklərimiz artdıqca bir həqiqət daha da qabarıq şəkildə üzə çıxır: politravma sadəcə çoxsaylı zədələr toplusu deyil, özü-özlüyündə unikal bir xəstəlikdir. Aparılan tədqiqatlar bu yanaşmanı elmi əsaslarla möhkəmləndirir və travma menecmentində fundamental bir dəyişikliyi zəruri hesab edir: Politravma bir xəstəlikdir!
Politravma nə üçün "xəstəlik" sayılmalıdır?
Klassik yanaşmalarda politravmalı xəstə, sadəcə çoxsaylı anatomik zədələrə malik fərd kimi qəbul olunurdu. Amma bu yanaşma klinik reallığı əks etdirmir.Politravma zamanı zədələr arasında sinergetik təsir formalaşır – bədən bir zədəyə verdiyi cavabı digəri ilə birləşdirir və nəticədə hiperinflamator reaksiya, immun pozğunluqlar, metabolik disbalans və son nəticədə çoxsaylı orqan disfunksiyası baş verir. Yəni artıq biz sadəcə "zədəli nahiyələri" müalicə etmirik, bütün sistemləri pozulmuş bir orqanizm ilə qarşı-qarşıyayıq.
Kliniki yanaşma necə dəyişməlidir?
Bu konseptual dəyişiklik, klinik praktikada da bir sıra ciddi dəyişiklikləri tələb edir:
· Zaman əsaslı qərarvermə (time-sensitive care) – hər dəqiqənin qiyməti var
· "Xəsarətə nəzarət" cərrahiyyəsi və reanimasiya (damage control surgery) – ilkin mərhələdə minimal müdaxilə, fizioloji stabillik bərpa olunduqdan sonra əsas əməliyyatlar
· Multidissiplinar komanda işi – ortoped, ümumi cərrah, anestezioloq, reanimatoloq və s.
Bu yanaşma politravmalı xəstəyə "zədə+zədə+zədə" kimi deyil, "sistemik dekompensasiya ilə gediş göstərən kompleks bir xəstəlik" kimi yanaşmağı zəruri edir.
Travma tibbi yardım sisteminin təkmilləşdirilməsi
Travma halları təsadüfi baş verə bilər, amma cavab sistemimiz təsadüfi olmamalıdır. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, milli səviyyədə qurulmuş travma sistemləri yüzlərlə, hətta minlərlə həyatın xilasına səbəb ola bilər. Azərbaycan üçün də belə bir sistem yalnız səhiyyə sahəsində deyil, milli təhlükəsizlik, ictimai sağlamlıq və sosial rifah üçün strateji əhəmiyyət daşıyır.
Travma sadəcə hadisə deyil – sistemli cavab tələb edən bir təcili haldır.
Travma təkcə fərdi faciə deyil, ictimai problem və strateji çağırışdır. Travma tibbi yardım sistemi bu çağırışa cavab olaraq travmanın ilk anından reabilitasiyaya qədər bütün mərhələləri birləşdirən, məlumat, insan resursu və infrastruktur əsaslı vahid bir sistemdir. Belə sistemlərdə hadisə yerində ilkin yardım, xəstənin travma mərkəzinə sürətli daşınması, multidisiplinar tibbi müdaxilə və sonrakı bərpa mərhələsi qarşılıqlı şəkildə işləyir. Təsadüfi tibbi yardımın əvəzinə, koordinasiyalı və dəlil əsaslı (empirik) yanaşma həyata keçirilir. ABŞ, Almaniya, İsrail kimi ölkələr travma ilə bağlı ölüm hallarını bu sistemlər sayəsində 20-30% azaltmağa nail olublar. ABŞ ordusu Əfqanıstan müharibəsində əldə etdiyi təcrübə ilə travmadan ölüm səviyyəsini 23%-dən 9.3%-ə endirib. Bu yanaşmanı sülh dövründə tətbiq edən ölkələr minlərlə insanın həyatını xilas edir.
"Ortoklinik" - özəl ortopediya və travma mərkəzi
"Ortoklinik" – Azərbaycanda müasir ortopediya və travmatologiya sahəsində elmi əsaslara, klinik təcrübəyə və beynəlxalq protokollara əsaslanan unikal özəl tibbi təşəbbüsdür. Mərkəz dayaq-hərəkət sisteminin xəstəliklərinin erkən diaqnostikası, profilaktikası və cərrahi müalicəsində müasir tibbi metodları pasientlərə tətbiq edir. Məqsədimiz hərəkət azadlığını bərpa etməklə insanların həyat keyfiyyətini yüksəltməkdir.
Fəaliyyət Platforması:
"Ortoklinik" Mediland Hospital nəzdində fəaliyyət göstərir. Geniş tibbi xidmət imkanlarını özündə cəmləşdirən Mediland hospital, multidissiplinar ortopediya və travmatologiya komandası ilə dayaq-hərəkət sisteminin xəstəliklərində SİZƏ dəstək olmaq üçün çalışır.
Tibb yalnız xəstəliyin müalicəsi deyil, insana dəyər vermə sənətidir
"Ortoklinik" olaraq fəaliyyətimizin mərkəzinə 4 əsas xüsusiyyəti yerləşdirmişik:
✔Keyfiyyət – Müasir standartlara uyğun tibbi xidmət
✔Pasient mərkəzlilik – Hər pasient bizim üçün xüsusidir
✔Elmilik – Müasir tibbi bilik və sübuta əsaslanan yanaşma
✔Nəticəyönümlülük – Məqsədimiz sağlamlığın bərpasıdır
ORTOKLİNİK sağlam seçimdir…
Müəllif: Uzman Dr.Şəhriyar Fətullayev,travmatoloq-ortoped