TƏBİB rəsmisi: "Vaksindən sonra alkoqollu içkilər, şokolad qəbul edilməməlidir"

Sağlamlıq
  • 20 avqust, 2021
  • 12:25
TƏBİB rəsmisi: Vaksindən sonra alkoqollu içkilər, şokolad qəbul edilməməlidir

"Bəzən vaksin olunduqdan sonra insanlar səhvən onlarda qəbul etdiyi qidanın yaratdığı allergik reaksiyanı peyvəndlə əlaqələndirə bilirlər".

“Report” xəbər verir ki, bunu TƏBİB-in Qida təminatı və nəzarəti şöbəsinin baş mütəxəssisi Şumarə Qaracayeva deyib.

“Eyni zamanda həmin maddələr təsir də göstərə bilər. Buna görə də vaksindən sonra alkoqollu içkilərin, şokoladın qəbulu məsləhət görülmür”, - o bildirib.