TƏBİB müsabiqə elan edib, bahalı telefon qazana bilərsiniz
- 22 iyul, 2020
- 11:28
Yeniliklərdən dərhal xəbərdar olun!
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) pandemiya ilə mübarizə dövründə vətəndaşlara xidmət göstərən insanları ictimaiyyətə tanıtmaq üçün "Günün Qəhrəmanları" yazı müsabiqəsinə start verib.
TƏBİB-dən "Report"a verilən məlumata görə, müsabiqə bu dövrdə müxtəlif sahələrdə çalışıb həyatlarını riskə atan insanlar, karantin zamanı həyata keçirilən sosial layihələr və təşəbbüslər haqqında hekayələri əks etdirəcək.
Ən yaxşı 3 hekayənin müəlliflərinə Samsung S10+, Huawei P30 Pro, 500 AZN dəyərində pul mükafatı hədiyyə olunacaq.
Daha 3 həvəsləndirici yerin sahiblərinə isə 300 AZN məbləğində pul mükafatı təqdim olunacaq.
Şərtlər:
1. Yazılar real hekayələrə əsaslanmalı və müəllif haqqında danışılan şəxsdən yayımla bağlı razılıq almalıdır. Məqaləyə şəxsin razılığı əsasında foto və videolar da əlavə edilə bilər.
2. Jurnalistlər yazılarını Nar və TƏBİB-in birgə keçirdiyi müsabiqə çərçivəsində hazırlandığını qeyd edərək mediada yerləşdirdikdən sonra müvafiq linklə bərabər media@azerfon.az elektron ünvanına göndərməlidirlər.
3. Sosial media istifadəçiləri də yazılarını Word faylına yerləşdirib media@azerfon.az elektron ünvanına göndərməlidirlər. Bundan başqa müsabiqənin həştaqını qeyd etməklə yazılarını öz sosial media səhifələrində də paylaşa bilərlər.
Həştaqlar: #GününQəhrəmanları #Nar #TƏBİB
Qeydlər:
- Qaliblər münsiflərimiz tərəfindən müəyyənləşəcək;
- Müsabiqədə həm jurnalistlər, həm də sosial media istifadəçiləri iştirak edə bilər;
- Qoşulmaq üçün son tarix 10 avqustdur.