TƏBİB-in direktor müavini: "Son iki ildə 46 uşağa sümük iliyi köçürülüb"
- 23 dekabr, 2022
- 07:48
Yeniliklərdən dərhal xəbərdar olun!
"2020-ci ilin aprelindən bu günə qədər 46 uşağa sümük iliyi köçürülməsi əməliyyatı həyata keçirilib".
"Report" xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktorunun müavini Araz Nəsirov Azərbaycan Pediatriya Cəmiyyətinin l milli konqresində deyib.
Onun sözlərinə görə, ötən ilin yanvar ayından bu günə qədər icbari tibbi sığortanın xidmətlər zərfi çərçivəsində dövlət tibb müəssisələrində uşaqlara 400-ə yaxın kardiocərrahiyyə əməliyyatı icra olunub: "2020-ci ildən etibarən Respublika Endokrinoloji Mərkəzində boy hormonu çatışmazlığı diaqnozu qoyulan 1000-dən çox uşaq dövlət tərəfindən müvafiq preparatı ile təmin edilib, 81 eşitmə qüsuru olan uşağa koxlear implantasiya əməliyyatı icra olunub, 1 nəfər uşaqda endoprotezləşdirmə əməliyyatı həyata keçirilib".