Səhiyyə Nazirliyi: Xəstəxanalarda generatorlar işləyir, heç bir neqativ hal qeydə alınmayıb

Sağlamlıq
  • 03 iyul, 2018
  • 16:46
Səhiyyə Nazirliyi: Xəstəxanalarda generatorlar işləyir, heç bir neqativ hal qeydə alınmayıb
Report

Bakı. 3 iyul. REPORT.AZ/ "Xəstəxanalarda generatorlar işləyir, heç bir neqativ hal qeydə alınmayıb".

Bunu "Report"a açıqlamasında Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Səfaya Əhmədova deyib.

Onun sözlərinə görə, hazırda metro stansiyalarının qarşısında təcili tibbi yardım maşınları dayanıb: "Hansısa ciddi müraciət daxil olmayıb". 

"Ümumilikdə 16 müraciət daxil olub. Həmin müraciət edənlərin arasında həyati təhlükəsi olan olmayıb. Onların əksəriyyətinə yerində yardım göstərilib. Dörd nəfər isə profilaktik məqsədlə xəstəxanaya yerləşdirilib. Xəstəxanalarda vəziyyət qaydasındadır. Müalicə prosesi tam gücü ilə davam edir", - deyə Səfayə Əhmədova bildirib.

44 filmi