Səhiyyə Nazirliyi: Bakıda uçqun nəticəsində zərər çəkən şəxslərin ölüm təhlükəsi yoxdur
- 13 aprel, 2017
- 07:00
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 13 aprel. REPORT.AZ/ Bakı şəhəri, Səbail rayonunun Şıx qəsəbəsində baş verən uçqun nəticəsində xəsarət alaraq xəstəxanalara yerləşdirilən yaralıların müalicəsi davam edir.
Səhiyyə Nazirliyindən “Report”a verilən məlumata görə, hadisə zamanı 1 saylı Kliniki Tibbi Mərkəzə 4 nəfər qəbul edilib: “Onlardan birinə ambulator yardım göstərilərək evə buraxılıb. Hazırda müxtəlif travmalar alan üç nəfərin müalicəsi davam edir. Zərərçəkənlərə bütün zəruri yardım göstərilir. Zərərçəkənlərdən heç birinin ölüm təhlükəsi yoxdur”.
Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirilən yaralının da müalicəsi davam edir.
Qeyd edək ki, hadisə ötən gün “Green City” yaşayış-istirahət kompleksinin həyətində qeydə alınıb. Burada tikilməkdə olan iaşə obyekti uçub. Nəticədə orada işləyən şəxslərdən azı 2 nəfəri ölüb, 4 nəfəri xəsarət alıb.