Reanimasiyada olan COVID-19 xəstələrinin sayı açıqlandı

Sağlamlıq
  • 07 sentyabr, 2020
  • 13:32
Reanimasiyada olan COVID-19 xəstələrinin sayı açıqlandı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) sentyabrın 7-nə olan məlumata əsasən, reanimasiyada və süni tənəffüs aparatında olan koronavirus xəstələrinin sayını açıqlayıb.

“Report” xəbər verir ki, hazırda xəstələrin 139-u reanimasiyadadır. 12 xəstə isə süni tənəffüs cihazına qoşulub. 

Ümumilikdə 2 030 xəstənin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. 

Qeyd edək ki, Azərbaycanda koronavirusa yoluxanların sayı 37 418 nəfərə, sağalanların sayı 34 837 nəfərə, vəfat edənlərin sayı isə 551 nəfərə çatıb.