Qida Təhlükəsizliyi Agentliyinin nümayəndə heyəti Gürcüstanda səfərdə olub

Sağlamlıq
  • 02 mart, 2018
  • 06:48
Qida Təhlükəsizliyi Agentliyinin nümayəndə heyəti Gürcüstanda səfərdə olub

Bakı. 2 mart. REPORT.AZ/ Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndə heyəti fevralın 26-dan martın 1-dək Gürcüstanda səfərdə olub.

Agentliyin Kommunikasiya və İnformasiya Texnologiyaları şöbəsindən "Report"a verilən məlumata görə, Gürcüstanın Milli Qida Agentliyinin fəaliyyəti ilə yaxından tanış olan nümayəndə heyəti səfər çərçivəsində Tbilisidə yerləşən mərkəzi ofis və Şida-Kartli regionunda olub.

AQTA-nın nümayəndə heyəti burada ət kəsimi yerləri, qida məhsullarının istehsalı ilə məşğul olan müəssisələrin fəaliyyəti, ticarət və ictimai iaşə obyektlərinin sanitar-gigiyenik şəraiti haqqında ətraflı müzakirələr aparıb.

Nümayəndə heyəti dörd günlük səfər çərçivəsində Avropa İttifaqının dəstəyi ilə həyata keçirilən layihələr, Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin laboratoriyası və Milli Şərab Agentliyi ilə də tanış olub.

Səfər çərçivəsində baytarlıq və fitosanitar sahədə həyata keçirilən dövlət nəzarəti ilə də tanış olan agentliyin əməkdaşları, Gürcüstanda bu sahədə aparılan islahatlar barədə məlumat alıblar.

Qeyd edək ki, Gürcüstan Milli Qida Agentliyi 2006-cı ildə yaradılıb, 2011-ci ildə isə fəaliyyətə başlayıb.

44 - Tezliklə