SN: "Peyvənddən sonra ciddi əks göstərişli müraciətlə bağlı kompensasiyanın verilməsi üçün müraciət olunmayıb"

Sağlamlıq
  • 23 avqust, 2021
  • 12:25
SN: Peyvənddən sonra ciddi əks göstərişli müraciətlə bağlı kompensasiyanın verilməsi üçün müraciət olunmayıb

"Hazırkı tarixə qədər səhiyyə qurumlarına COVID-19-a qarşı peyvənddən sonra əks göstəriş ilə bağlı kompensasiyanın verilməsi üçün müraciət olunmayıb".

Bunu "Report"un sorğusuna cavab olaraq Azərbaycan Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov bildirib.

"COVID-19-a qarşı peyvənddən sonra ciddi əks göstərişli müraciət olmadığından, bu istiqamətdə kompensasiyanın verilmə halı qeydə alınmayıb",- o qeyd edib.

44 filmi