Oqtay Şirəliyev Sabirabadda vətəndaşları qəbul edib

Sağlamlıq
  • 11 may, 2018
  • 08:11
Oqtay Şirəliyev Sabirabadda vətəndaşları qəbul edib
Oqtay Şirəliyev

Bakı. 11 may. REPORT.AZ/ Səhiyyə naziri Oqtay Şirəliyev Sabirabad Mərkəzi rayon Xəstəxanasında vətəndaşları qəbul edib.

Səhiyyə Nazirliyi mətbuat xidmətindən “Report”a daxil olan məlumata görə, qəbula iştirak edən 9 nəfər Sabirabad, Saatlı, Şirvan və Hacıqabul rayon sakinlərinin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinlənilib.

Qəbul zamanı qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb, onların bəziləri yerində həllini tapıb.

Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti üzrə çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.