Naxçıvanda özəl ət kəsimi məntəqələri yaradılacaq

Sağlamlıq
  • 17 fevral, 2020
  • 12:23
Naxçıvanda özəl ət kəsimi məntəqələri yaradılacaq
Google.az

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov fevralın 17-də “2020-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında baytarlıq təbabətinin inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

"Report" xəbər verir ki, Dövlət Proqramında Naxçıvan Muxtar Respublikasının şəhər və rayon­larında özəl ət kəsimi məntəqələrinin yaradılması nəzərdə tutulub. 

Bununla bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidməti və İqtisadiyyat Nazirliyinə tapşırıqlar verilib.

44 - Tezliklə