Milli Oftalmologiya Mərkəzinin səyyar qatarı fəaliyyətə başlayır
- 08 may, 2018
- 09:08
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 8 may. REPORT.AZ/ Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin səyyar qatarı fəaliyyətə başlayır.
"Report"un xəbərinə görə, bu barədə Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova məlumat verib.
Onun sözlərinə görə, səyyar qatar Astarada pasiyentlərə tibbi xidmət göstərəcək: "Müayinələr mayın 9-u saat 9:00-dan etibarən Astara rayon Dəmir yol vağzalında Milli Oftalmologiya Mərkəzinin səyyar qatarında təşkil ediləcək. Səyyar qatar mayın 12-dək Astarada olacaq".
S.Əhmədova qeyd edib ki, məqsəd operativ şəkildə astaralı vətəndaşları müayinə-müalicə, hətta cərrahiyyə əməliyyatı etməkdir: "Lazım gəldikdə ciddi problemlərlə üzləşən və çətin əməliyyat tələb olunan pasiyentlərin isə paytaxtda yerləşən Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə gəlmələrinə şərait yaratmaqdır".