Milli Məclisdə vərəmlə bağlı ictimai dinləmə keçiriləcək

Sağlamlıq
  • 17 sentyabr, 2026
  • 14:00
Milli Məclisdə vərəmlə bağlı ictimai dinləmə keçiriləcək

Milli Məclisdə vərəmlə bağlı ictimai dinləmənin keçirilməsi nəzərdə tutulub.

"Report" xəbər verir ki, bununla bağlı Milli Məclisin Səhiyyə komitəsinin 2026-ci ilin payız sessiyasının iş planına məsələ daxil edilib.

Dinləmənin mövzusu "Azərbaycanda vərəmlə mübarizə: mövcud vəziyyət, problemlər və onların həlli yolları" kimi nəzərdə tutulub.

Qeyd olunub ki, dinləmələrin 2026-cı ilin oktyabr ayında keçirilməsi nəzərdə tutulub.