Kürdəmirdə talessemiya xəstələri üçün qanvermə aksiyası keçrilib
- 23 yanvar, 2023
- 12:08
Yeniliklərdən dərhal xəbərdar olun!
Kürdəmir rayonunda talessemiyadan əziyyət çəkən xəstələr üçün qanvermə aksiyası keçrilir.
"Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, aksiya Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Ailə Sağlamlıq Mərkəzinin inzibati binasında təşkil olunub.
Səhər saatlarından başlayaraq Respublika Hematologiya Transfuziologiya İnstitutunun nəzdində fəaliyyət göstərən Mərkəzi Qan Bankının əməkdaşları rayon sakinlərindən qan nümunələri götürməyə başlayıblar.
Aksiyada rayon ictimayyətinin, eləcə də müəssisə, təşkilat və digər idarələrin nümayəndələri iştirak ediblər. Aksiyanın keçirilməsində məqsəd ölkədə qan xəstəliyindən, eləcə də talessemiya xəstəliyindən əziyyət çəkən insanlara yardım etməkdən ibarətdir.
Gün ərzində davam edəcək aksiyada 200 nəfərdən artıq insanın qan verməsi nəzərdə tutulur. Artıq 100-ə yaxın rayon sakini könüllü olaraq aksiyada iştirak ediblər.
Qeyd edək ki, ənənəyə uyğun olaraq hər il rayon camaatı qanvermə aksiyalarında yaxından iştirak edirlər.