Koronavirusun yayılmasına təsir edən amillər açıqlandı
- 03 iyul, 2020
- 13:53
Yeniliklərdən dərhal xəbərdar olun!
“Yoluxmuş şəxslərin və onlarla təmasda olanların evi tərk etməsi koronavirus infeksiyasının yayılmasına təsir edən amillərdəndir. Bizim o qədər imkanımız yoxdur ki, hər kəsə tək-tək nəzarət edək”.
“Report” xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
O bildirib ki, yoluxmuş ola biləcək və aşkar edilməyən faktlar da təhlükəli haldır: “Ona görə də qoyulan qaydalara ciddi əməl etmək lazımdır. Simptomları olmayan şəxslər də var. Evdə müalicə alan şəxslərin sağlamlığına nəzarət edə bilərik. Gün ərzində iki dəfə həmin şəxslər sorğu-sual edilir və evlərə mütəxəssis göndərilir. Nəzarət daha da sərtləşdiriləcək”.
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri (22.08.2025) pic.twitter.com/yjtTTjmeWa
— İlham Əliyev (@azpresident) August 23, 2025