Koronavirusun təsvirinə yeni simptomlar əlavə edilib
Sağlamlıq
- 26 iyun, 2020
- 08:01
ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi yeni növ koronavirusun təsviri üçün simptomların siyahısını genişləndirib.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, koronavirus infeksiyası simptomlarının yenilənmiş siyahısına burun tıxanması, burun axması, ürək bulanması və ishal da daxil edilib.
Xatırladaq ki, daha əvvəl sanitar tənzimləyici koronavirusun yalnız üç ümumi simptomunu – yüksək hərarət, öskürək və nəfəs darlığını göstərib. Ardından boğaz ağrısı, titrəmə, əzələ ağrısı, dad və ya qoxu hissinin itirilməsi də simptomları siyahısına əlavə edilib.
Mərkəz eyni zamanda qeyd edib ki, siyahıya bütün mümkün simptomlar daxil edilməyib. Məlumatlar koronavirus haqqında yeni bilgilər əldə edildikcə yenilənəcək.
Son xəbərlər
09:40
Əli Nağıyev: Beynəlxalq təhlükəsizlik sisteminin dərin keçid dövrü yaşayır
Xarici siyasət09:39
Azərbaycan neftinin qiyməti 121 dolları keçib
Energetika09:36
Foto
IV Bakı Təhlükəsizlik Forumu keçirilib
Hadisə09:35
Foto
Cənub-Şərqi Asiyada Azərbaycanın turizm potensialı təqdim olunub
Turizm09:34
Seneqallı voleybolçu Seriqne Nqaqne Fall Azərbaycan klubuna keçib
Komanda09:34
"Haber Global" telekanalının 8 yaşı tamam olur
Media09:34
Foto
Video
Laçında dağlıq ərazidə yanğın olub
Hadisə09:34
Lukas Leyva və İdrissa Qana Qeye "Le-Man"ın səhmdarı olublar
Futbol09:11