Koronavirusla Mübarizəyə Dəstək Fondunun fəaliyyət müddəti artırılıb

Sağlamlıq
  • 25 dekabr, 2020
  • 07:17
Koronavirusla Mübarizəyə Dəstək Fondunun fəaliyyət müddəti artırılıb

Prezident İlham Əliyev “Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə Qaydası”nın təsdiq edilməsi haqqında 19 mart 2020-ci il tarixli fərmanına dəyişiklik edib.

“Report” xəbər verir ki, dövlət başçısının bununla bağlı imzaladığı yeni fərmana əsasən, Fondun fəaliyyət müddəti 1 il uzadılaraq gələn il dekabrın 31-nə qədər müəyyən edilib.