Koronavirusla mübarizədə iştirak edən tibb işçiləri təltif oluna bilər

Sağlamlıq
  • 01 may, 2020
  • 14:03
Koronavirusla mübarizədə iştirak edən tibb işçiləri təltif oluna bilər

"Azərbaycanda koronavirusla mübarizə tədbirlərində yaxından iştirak edən tibb işçilərinin təltif edilməsi gündəmdədir".

"Report" xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, tibb işçilərinin fəaliyyəti daim dövlət başçısının diqqətindədir.