Koronavirusa görə ATU-nun beş qrupu distant təhsilə keçib

Sağlamlıq
  • 18 oktyabr, 2021
  • 13:44
Koronavirusa görə ATU-nun beş qrupu distant təhsilə keçib
Report

Azərbaycan Tibb Universitetində son bir həftə ərzində beş qrupda tələbələr arasında koronavirusa yoluxma halı qeydə alınıb.

Universitetdən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, həmin qruplar distant təhsilə keçib.

Qeyd edək ki, bu gün Bakı Dövlət Universitetinin SABAH qruplarında və Azərbaycan Texniki Universitetində tələbələr arasında koronavirus aşkarlanıb.